Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Elçin Mehdiyev/
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyasının son günü PA-nın yeni prezidenti seçilib.
Trend-in məlumatına görə, səsvermə nəticəsində Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın prezidenti seçilib.
İ.Kanerva ona göstərilən etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bəyan edib.