...

XİN müavini: Xəzərin hüquqi statusu ilə bağlı proses dinamik şəkildə inkişaf edir

Siyasət Materials 9 İyul 2014 11:39 (UTC +04:00)
Xəzərin hüquqi statusu ilə bağlı vəziyyət belədir ki, bu proses dinamik şəkildə inkişaf edir. Bakı sammitindən sonra növbəti sammitin bu ilin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılır.
XİN müavini: Xəzərin hüquqi statusu ilə bağlı proses dinamik şəkildə inkişaf edir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Səbinə Əhmədova/

"Xəzərin hüquqi statusu ilə bağlı vəziyyət belədir ki, bu proses dinamik şəkildə inkişaf edir. Bakı sammitindən sonra növbəti sammitin bu ilin sentyabr ayında Həştərxanda keçirilməsi planlaşdırılır. Bu istiqamətdə bir çox hazırlıq işləri aparılıb". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavininin sözlərinə görə, mayda Xəzərin statusuna dair keçirilən nazirlər konfansında bəzi məsələlərdə irəliləyişlər oldu: "Amma yenə də yekun nəticələrə nail olmaq üçün nazir müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupu işini davam etdirəcək. Bizim avqust ayının sonuna növbəti Moskva görüşümüz nəzərdə tutulub. Ondan sonra ola bilsin ki, Həştərxanda da bilavasitə sammitdən öncə görüş oldu. Əsas məsələ ondan ibarətdir ki, prezidentlər səviyyəsində qəbul olunacaq yekun sənəd razılaşdırılmalıdır. Orada bir çox prinsipial məqamların öz həllini tapması nəzərdə tutulub. Eyni zamanda, bəzi istiqamətlərə aid saziş layihələrinin razılaşdırılması başa çatdırılmalı və sammitə imzalanması üçün təqdim olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti