...

Millət vəkili: Leyla Yunus ictimai fəaliyyətə başlayandan missiyası öz dövlətinə böhtan atmaq olub

Siyasət Materials 31 İyul 2014 14:37
Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub.
Millət vəkili: Leyla Yunus ictimai fəaliyyətə başlayandan missiyası öz dövlətinə böhtan atmaq olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanı sevməyən xarici qüvvələr Azərbaycana nə qədər ziyan vurublarsa, Leyla Yunus onlardan bəlkə də 10 dəfə artıq ziyan vurub. Bu barədə Trend-ə millət vəkili Məlahət İbrahimqızı Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

M.İbrahimqızı qeyd edib ki, L.Yunus hər zaman xaricdə, beynəlxalq təşkilatlarda Azərbaycanın imicinə ziyan vurmağa çalışıb: "Azərbaycanın beynəlxalq səviyyədə çox yüksək imici var. Azərbaycanın imici olmasaydı, Azərbaycan dövlətinə etibar etməsəydilər, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana 150-dən artıq ölkə səs verməzdi. Bu, çox böyük nailiyyətdir və dövlətimizə, dövlət başçısına olan münasibətdir. Amma Leyla Yunus Azərbaycanda ictimai fəaliyyətə başlayandan onun missiyası öz millətinə, dövlətinə böhtan atmaq olub. Bir adam ki, öz ana dilində danışa bilmir və deyir ki, mən Azərbaycan dilini ancaq pis sözlər demək üçün istifadə edirəm, yəni bir adam ki, öz ana dilinə həqarət edir, ondan nə gözləmək olar?"

Millət vəkili əlavə edib ki, L.Yunus Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə Müdafiə Nazirliyində işləyərkən də casusluq fəaliyyəti ilə məşğul idi: "Leyla Yunus öz vətəninə, öz xalqına xəyanət edirdi. Elə torpaqlarımızın işğal edilməsində də Leyla Yunusun böyük xidmətləri var. Mən hüquq mühafizə orqanlarının işinə qarışa bilmərəm, onlar özü hər şeyi çox yaxşı bilir. Hesab edirəm ki, Leyla Yunusun hansı əməlində cinayət işi varsa, araşdırılacaq və qanun çərçivəsində layiqli qiymət veriləcək".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti