...

Əmrullah İşlər: Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin səsvermədə iştirakı gözləniləndən aşağı olacaq

Siyasət Materials 1 Avqust 2014 13:20
Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin səsvermədə iştirakı gözləniləndən az olacaq və 50 faizdən aşağı olacağı gözlənilir.
Əmrullah İşlər: Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin səsvermədə iştirakı gözləniləndən aşağı olacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin səsvermədə iştirakı gözləniləndən az olacaq və 50 faizdən aşağı olacağı gözlənilir. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər deyib.

Onun sözlərinə görə, bu, xaricdə prezident seçkiləri üzrə səsvermənin ilk dəfə keçirilməsi ilə bağlı ola bilər.

Ə.İşlər qeyd edib ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarının Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmələri üçün hər cür şərait yaradılsa da, saytda qeydiyyata alınan seçicilərin sayı 10 faizdən azdır.

Qeyd edək ki, iyulun 31-də xaricdə yaşayan Türkiyə vətəndaşları üçün prezident seçkiləri çərçivəsində səsvermə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti