...

Türkiyə baş nazirinin tərəfdarları prezident seçkilərində qələbəni bayram edirlər

Siyasət Materials 10 Avqust 2014 21:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə baş nazirinin tərəfdarları prezident seçkilərində Istanbulda qələbəni bayram edirlər. Trend TRT Haber türk telekanalına istinadən bu barədə bazar günü məlumat verir.

Telekanalın məlumatına görə, 5 mindən çox Ərdoğanın tərəfdarları baş nazirin evinin qarşısında toplaşıblar.

İlkin məlumatlara görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 54,56% səs toplayaraq prezident seçkilərində liderlik edir. Bu barədə Türkiyənin Ali seçki şurası (MSK) bazar günü xəbər verir.

Türkiyənin MSK-nın məlumatına görə, seçki qutularının 68,01 faizi açılıb.
İlkin nəticələrə görə ikinci yerdə 36,93 faizlə Ekmələddin İhsanoğlu gedir, üçüncü isə 8,51% səslə Səlahəddin Dəmirdaşdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti