...

Türkiyədə seçki qutularının 99 faizi açılıb

Siyasət Materials 11 Avqust 2014 14:34 (UTC +04:00)
Türkiyədə seçki qutularının 99 faizindən çoxu açılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının məlumatında deyilir.
Türkiyədə seçki qutularının 99 faizi açılıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə seçki qutularının 99 faizindən çoxu açılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Ali Seçki Şurasının məlumatında deyilir.

İlkin məlumatlara görə, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir. O, seçicilərin 51,65 faizinin səsini toplayıb.

İkinci yerdə 38,56 faiz səslə Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə səslərin 9,79 faizini toplayan Səlahəddin Demirtaş gəlir.

Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti