...

Serbiya nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyində olub

Siyasət Materials 12 Avqust 2014 18:08 (UTC +04:00)
Avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib.
Serbiya nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyində olub

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyində görüş keçirilib.

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları qəbul edən nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti və 11-13 sentyabr 2014-cü il tarixlərində keçiriləcək "ADEX 2014" 1-ci Azərbaycan Beynəlxalq Müdafiə sənayesi sərgisi ilə bağlı məlumatları qonaqların nəzərinə çatdırdı.

Səmimi keçən görüşdə Azərbaycan ilə Serbiya arasında mövcud müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Görüşdə Serbiya Respublikasının Azərbaycandakı Müvəqqəti İşlər Vəkili cənab Milanko Bajçeto iştirak edirdi.

Səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal prosesinin gedişini izləmiş, Nazirliyin müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti