Azərbaycan, Bakı, 26 avqust / Trend, müxbir Səbinə Əhmədova/
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel Berlində, Almaniyanın xarici işlər nazirliyində keçirilən səfirlərin konfransında iştirak edir.
Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyinin rəsmi facebook səhifəsində bildirilib.
Qeyd edək ki, avqustun 25-i başlayan və 28-ə kimi davam edəcək konfransda Almaniyanın müxtəlif ölkələrə akreditə olunmuş səfirləri və konsulları, eyni zamanda görkəmli siyasətçilər, biznes nümayəndələri və ekspertlər iştirak edir.
Bu il sözügedən konfransın mövzusu "2014-cü ilin təhlili - Almaniya xarici siyasətinə yeni baxış"dır. (Review 2014 - A Fresh Look at German Foreign Policy )
Konfrans çərçivəsində keçirilən forum və seminarlarda Almaniyadan və digər ölkələrdən olan ekspertlər səfirlər ilə birgə xarici siyasətin cari məsələrini müzakirə edəcəklər.