...

Prezident İlham Əliyev və xanımı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər (FOTO)

Siyasət Materials 26 Avqust 2014 13:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış etdilər.

Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etdilər.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış oldular, burada nümayiş etdirilən xalçalara baxdılar.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti