...

Belarus Bakıda "Şərq tərəfdaşlığı" ölkələri nazirlərinin qeyri-formal görüşündə təmsil olunacaq

Siyasət Materials 4 Sentyabr 2014 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Belarus sentyabrın 8-9-da Bakıda keçiriləcək Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrinin xarici işlər və energetika nazirlərinin qeyri-formal görüşündə nazir müavinləri səviyyəsində təmsil olunacaq.

Görüşdə Belarusu xarici işlər nazirinin müavini Yelena Kupçina və energetika nazirinin müavini Vadim Zakrevski təmsil edəcəklər. Bu barədə cümə axşamı Trend-ə Belarusun Azərbaycandakı səfirliyindən deyiblər.

Diplomatik nümayəndəlikdən qeyd ediblər ki, səfər çərçivəsində Belarus təmsilçilərinin ölkələr arasında ikitərəfli və regional əməkdaşlığın inkişafı üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparması planlaşdırılır.

Bundan əvvəl Azərbaycan Bakıda Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin xarici işlər və energetika nazirlərinin qeyri-formal görüşünün keçirilməsinə dair təşəbbüslə çıxış etmişdi.

Azərbaycan da daxil olmaqla altı ölkəni əhatə edən Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı Polşa və İsveçrənin Aİ-nin Qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti