Azərbaycan. Bakı, 29 sentyabr /Trend/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzərdə azad ticarət zonasının yaradılmasını təklif edib. Trend-in "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, N.Nazarbayev bu təklifi Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində irəli sürüb.
Onun sözlərinə görə, bu məsələ Xəzəryanı ölkələrin hökumətləri səviyyəsində müzakirə olunacaq ilk mövzulardan biri ola bilər.
Qazaxıstan Prezidenti, həmçinin sammit iştirakçılarını beynəlxalq hüququn ümumi norma və prinsipləri əsasında Xəzərdən digər dənizlərə və dünya okeanına azad çıxış prinsiplərini razılaşdırmağa çağırıb.
N.Nazarbayev nərə balıqlarının ovlanması qadağasına əməl edilməsi üzərində nəzarət mexanizmi yaratmağı da təklif edib.