...

Xəzəryanı ölkələrin prezidentləri Volqa çayına balıq buraxıblar (FOTO)

Siyasət Materials 29 Sentyabr 2014 19:12 (UTC +04:00)
Həştərxan Kremlində danışıqları başa çatdıran Xəzəryanı ölkələrin dövlət başçıları Volqa sahilində gəzib və çaya körpə ağbalıq buraxıblar
Xəzəryanı ölkələrin prezidentləri Volqa çayına balıq buraxıblar (FOTO)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Həştərxan Kremlində danışıqları başa çatdıran Xəzəryanı ölkələrin dövlət başçıları Volqa sahilində gəzib və çaya körpə ağbalıq buraxıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri içində nərə balıqlarının saxlandığı hovuzun yanında olan rəmzi düyməni basıblar və balıq qıf vasitəsilə Volqa çayına düşüb.

Bu simvolik mərasimdə məqsəd "Xəzər beşliyi" prezidentlərinin Xəzərin bioresurslarının və onun əsas sərvətinin - nərə balığının mühafizəsinə əhəmiyyət verdiyini nümayiş etdirmək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti