Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov bu gün CAR Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Samuel Hlonqvane ilə görüşüb.
Qeyd edək ki, admiral S.Hlonqvane 1987-1991-ci illərdə Azərbaycanın indiki Heydər Əliyev adına Ali Hərbi Məktəbində təhsil alıb.
Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verilib, Azərbaycan-CAR ikitərəfli əlaqələri, əməkdaşlıq sahələri, təcrübə mübadiləsi, Azərbaycanda müvafiq qurumlar arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.
Həmçinin görüş zamanı admiral S.Hlonqvane bu yaxınlarda CAR-ın Saymons Taun şəhərində Hərbi Dənizçilik Muzeyinin fəaliyyətə başladığını və həmin muzeydə Azərbaycanda təhsil almiş hərbçilərə xüsusi guşə ayrıldığını qeyd edib.
Daha sonra səfir E.Poluxov həmsöhbətini Azərbaycana səfər etməyə dəvət edib.