...

Mehriban Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra körpələr evi-uşaq bağçasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 3 Oktyabr 2014 21:47 (UTC +04:00)
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Mehriban Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra körpələr evi-uşaq bağçasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirdi. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edildi. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparıldı. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırıldı, uşaqların sayı isə 230 nəfər oldu. Müəssisədə balacaların təlim tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.

Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində oldular, həmçinin milli guşəyə baxdılar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənir. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün "Vətənpərvərlik guşəsi" adlı otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompyuter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.

Bildirildi ki, ikinövbəli müəssisədə "planetari" guşəsi də yaradılıb. Burada balacalar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman zalı, mətbəx yerləşir. Həyətdə isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri var.

Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirdi.

Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti