...

Litvanın müdafiə naziri Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Oktyabr 2014 13:37 (UTC +04:00)
Litvanın milli müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfər edəcək. Səfər 8-10 oktyabr tarixlərinə planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.
Litvanın müdafiə naziri Azərbaycana səfər edəcək (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 09:47-də yayılıb

Litva, Vilnüs, 4 oktyabr /Trend, müxbir Elçin Hüseynov/

Litvanın milli müdafiə naziri Yozas Olekas Azərbaycana rəsmi səfər edəcək. Səfər 8-10 oktyabr tarixlərinə planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə azərbaycanlı jurnalistlərə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə məlumat verib.

Cümə günü Vilnüsdə Azərbaycan səfirinin Yozas Olekas ilə görüşü olub.

Görüş zamanı Bakıya qarşıdakı səfərin gündəliyi, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Səfir nazirə Azərbaycanın Silahlı Qüvvələri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə tanışlığı da gözlənilir.

Azərbaycana səfər başa çatdıqdan sonra litvalı nazir Gürcüstana səfər edəcək. Bundan əvvəl o, Ermənistana səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti