...

Azərbaycan və Belarusun müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensial var

Siyasət Materials 7 Oktyabr 2014 17:43 (UTC +04:00)
Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində bu gün Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.
Azərbaycan və Belarusun müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensial var

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində bu gün Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib və mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensialın mövcud olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti