...

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Siyasət Materials 20 Oktyabr 2014 17:14 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, əvvəlcə iclasda MSK-nın 13 oktyabr 2014-cü il tarixli iclasının protokolu səsə qoyularaq yekdilliklə təsdiq olunub.

Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra cari məsələlər müzakirə olunub.

MKS sədri Məzahir Pənahov bildirib ki, 22, 23 və 24 oktyabrda bələdiyyə seçkiləri ilə bağlı dairə və məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. O, hər bir DSK üzvünün seminarlarda fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti