Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Səba Ağayeva/
Qətər Azərbaycana yeni səfir təyin edib.
Səyyar Abdurrəhman əl-Mauvid Qətərin Azərbaycandakı yeni səfiri təyin edilib. Bu barədə çərşənbə günü Trend-ə diplomatik mənbə bildirib.
Müvafiq sərəncamı Qətər Dövlətinin Əmiri imzalayıb.
S.Abdurrəhman əl-Mauvid Azərbaycana səfir təyin edilməzdən əvvəl Qətərin Pakistandakı səfiri olub. Bundan əvvəl diplomat İran, Küveyt, İordaniya, Böyük Britaniya və Koreya Respublikasında diplomatik missiyalarda çalışıb.
O bu postda 2008-ci ilin dekabrından səfir olan Mübarək bin Fəhd Al Tanini əvəz edəcək.