...

Silahlı Qüvvələrdə "NATO Günləri" başlayıb

Siyasət Materials 3 Noyabr 2014 11:40 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.
Silahlı Qüvvələrdə "NATO Günləri" başlayıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-dən Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri keçirilir.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə gedərək hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaqlar.

Silahlı Qüvvələrdə "NATO Günləri"ə noyabrın 7-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti