...

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclasında müzakirə olunacaq məsələlər açıqlandı (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Noyabr 2014 15:26 (UTC +04:00)

İlk xəbər saat 12:10-da yayılıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclasının gündəliyi hazırdır. Bu barədə Trend-ə İşçi Qrupunun üzvü Sahib Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, İşçi Qrupunun üzvlərindən, hüquq müdafiəçilərindən katibliyə daxil olan təkliflər əsasında gündəlik tərtib olunub və həmsədrlərə təqdim edilib.

Onun sözlərinə görə, gündəliyə məhkumlar, xüsusən də xəstəliyi olan məhkumlarla bağlı vəsatətlər, insan hüquqları üzrə digər məsələlər daxildir: "İclas zamanı QHT-lər və digər məsələlərlə bağlı təşəbbüslər də ola bilər".

İclasın tarixinə gəlincə, S.Məmmədov qeyd edib ki, dəqiq tarixi həmsədrlər müəyyən edəcəklər: "Burada bir məsələ var ki, Avropa Şurası baş katibinin nümayəndəsi də iclasda iştirak etməlidir və buna görə də iclasın vaxtı onunla razılaşdırılmalıdır".

Trend-in əldə etdiyi məlumata görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası noyabrın 12-də baş tutuacaq.

Xəbəri İşçi Qrupunun üzvü S.Məmmədov da təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti