Azərbaycan, Bakı, 11 noyabr /Trend/
MDB ölkələrinin orduları gələn ilin yayında Böyük Vətən müharibəsinin 70 illiyinin qeyd edilməsi çərçivəsində hərbi çempionat keçirəcəklər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, bu çərçivədə MDB ölkələrinin Müdafiə nazirliklərinin birgə hazırlıq planı təsdiq edilib: "Bir sıra hərbi-tarixi tədbirlərin keçirilməsi planlaşdırılır. Veteranların iştirakı ilə tədbirlərə xüsusi önəm veriləcək".