...

MSK polislər üçün yaddaş kitabçası nəşr etdirib

Siyasət Materials 13 Noyabr 2014 13:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş kitabçası” hazırlayıb.
MSK polislər üçün yaddaş kitabçası nəşr etdirib

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Polis əməkdaşlarının bələdiyyə seçkilərində iştirakına dair yaddaş kitabçası" hazırlayıb.

MSK-dan Trend-ə verilən məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmış yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövründə, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis haqqında" Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti