...

Allahşükür Paşazadə: "Əl-Əqsa" məscidi ətrafında baş verən hadisələr dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər

Siyasət Materials 14 Noyabr 2014 17:24 (UTC +04:00)
Dünya “əl-Əqsa” məscidi ətrafında baş verən hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmasa, bu, gələcəkdə dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər.
Allahşükür Paşazadə: "Əl-Əqsa" məscidi ətrafında baş verən hadisələr dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/

Dünya "əl-Əqsa" məscidi ətrafında baş verən hadisələri etinasızlıqla izləyərsə, ədalətli mövqe ortaya qoyulmasa, bu, gələcəkdə dinlərarası münaqişəyə, dünya miqyasında təxribata səbəb ola bilər.

Trend "Haqqın nuru" qəzetinə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə "əl-Əqsa" məscidi ətrafında baş verən proseslərə münasibət bildirərkən deyib.

A.Paşazadə bildirib ki, baş verənlər təkcə müsəlmanların deyil, dünyanın bütün dindarlarının problemidir.

Şeyxülislam vurğulayıb ki, müsəlmanların Kəbədən sonra ikinci ən müqəddəs məkanı olan "əl-Əqsa" İslam dini və müsəlmanlarla yanaşı, bütün səmavi dinlər üçün də müqəddəsdir.

QMİ sədri prosesləri ciddi narahatlıqla izlədiyini, məsələdə sağlam düşüncənin, ağıl və imanın qələbəsinə inandığını söyləyib və əlavə edib ki, rəhbərlik etdiyi dini mərkəz mövzu ilə bağlı yaxın günlərdə xüsusi açıqlama verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti