Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir Səba Ağayeva/
Azərbaycanda yaşayan Moldova vətəndaşlarının 20 faizi Bakıdakı səfirliyində yaradılmış seçki məntəqəsində parlament seçkilərində artıq səs veriblər. Bunu Trend-ə seçki məntəqəsinin rəhbəri Georgiy Botan bildirib.
Bu məlumat Bakı vaxtı saat 12.00 üçün uyğundur.
Moldovanın Azərbaycanda yaşayan vətəndaşlarının parlament seçkilərində iştirak etməsi üçün bu ölkənin Bakıdakı səfirliyində seçki məntəqəsi yaradılıb.
Səfirlikdən bildiriblər ki, səsvermədə Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan və 18 yaşına çatmış Moldova vətəndaşları iştirak edə bilərlər.
Seçkidə iştirak etmək üçün Moldova vətəndaşlarının xarici pasport və ya dənizçi pasportunu özləri ilə götürmələri vacibdir.