...

Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarını ölkənin hüquq normalarına hörmət etməyə çağırıb

Siyasət Materials 6 Dekabr 2014 13:23 (UTC +04:00)
Məhz Avropa Parlamentinin (AP) qiymətləndirmələrinin hüquqazidd olduğunu göstərməyə çalışan E.Süleymanov AP-nin prezidenti Martin Şultsu ona cavab verməyə çağırıb.
Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri avropalı həmkarlarını ölkənin hüquq normalarına hörmət etməyə çağırıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Azərbaycanın Avronest Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov avropalı həmkarlarını Azərbaycanın hüquq normalarına, xüsusilə Leyla Yunusa qarşı cinayət işinin qanuniliyinə hörmət etməyə, eləcə də Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik ərazilərin davam edən işğalı məsələsi üzrə ədalətli mövqe tutmağa çağırıb. Bu barədə Trend "PR Newswire" saytına istinadən məlumat verir.

Məhz Avropa Parlamentinin (AP) qiymətləndirmələrinin hüquqazidd olduğunu göstərməyə çalışan E.Süleymanov AP-nin prezidenti Martin Şultsu ona cavab verməyə çağırıb.

İlk olaraq E.Süleymanov M.Şultsdan onun noyabrda "yubanmadan" fırıldaqçı L.Yunusu azad etmək çağırışını izah etməyi xahiş edib. O bildirib ki, bu, ciddi dövlət xəyanəti və korrupsiya haqqında işi araşdıran Azərbaycan məhkəmələrinin qərarına hörmətsizlikdir.
E.Süleymanov açıq məktubunda soruşur ki, ictimai və siyasi xadim Avropada qanunazidd fəaliyyətdə təqsirləndirilə bilən insanı azad etməyə çağıra bilərmi?

Məktubda deyilir: "Əlbəttə ki, cavab mənfi olardı. Bəs o zaman bu modeli Azərbaycan üçün niyə tətbiq edirsiniz?"

E.Süleymanov AP-nin Ermənistanın Dağlıq Qarabağ və ona bitişik əraziləri işğal etməsi məsələsi üzrə beynəlxalq hüquq standartlarına məhəl qoymamasından da narahatdır: "Beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası və AP 20 ildən artıqdır davam edən işğalı qanunsuz hesab etsə də, bu institutlar hazıra təcavüzkar dövləti cavab verməyə çağırmaqdan imtina edir.

M.Şults 2012-ci ildə bəyan etmişdi: "Mən ümid edirəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən gələcəklər". Ötən il isə əlavə edib ki, onların "özləri" problemi həll etməlidirlər".

E.Süleymanov yazıb: "Bu, onu göstərir ki, Şults Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərinin beynəlxalq hüquq normaları çərçivəsində azad edilməsinin vacibliyini unudub".

Deputatın sözlərinə görə, AP kimi təşkilatlar Ukraynanın ərazi bütövlüyünə görə narahatlıq keçirdikləri kimi, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasından da narahat olmalıdırlar.

Qeyd edək ki, 2014-cü ili yazında Aİ ABŞ-la birlikdə Ukrayna böhranında iştirakına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti