...

Mövlud Çavuşoğlu: Ermənistanın 1915-ci il hadisələrini "soyqırım" kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 Dekabr 2014 12:34 (UTC +04:00)
Ermənistanın 1915-ci il hadisələrini “soyqırım” kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq.
Mövlud Çavuşoğlu: Ermənistanın 1915-ci il hadisələrini  "soyqırım" kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənistanın 1915-ci il hadisələrini "soyqırım" kimi təbliğ etmək cəhdlərinin qarşısı alınacaq. Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber" telekanlına müsahibəsində bildirib.

XİN rəhbərinin sözlərinə görə, Türkiyə hazırda Ermənistanın bu istiqamətdə atdığı addımları diqqətlə izləyir: "2014-cü ildə Ermənistanın qondarma "soyqırım" məsələsi ilə bağlı xeyli aktiv olduğunu görürük. Lakin bu, o demək deyil ki, Türkiyə bunun qarşısında səssiz qalacaq".

Nazir deyib ki, Ankara mədəni, siyasi, elmi yollarla Ermənistanın bu istiqamətdə atdığı bütün addımların qarşısını alacaq.

Onun sözlərinə görə, Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci hadisələrinin araşdırılması üçün Osmanlı dövlətinin arxivlərinin açılmasına və ortaq tarixi komissiyanın yaradılmasına hazırdır.

Qeyd edək ki, Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyə hökuməti 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradaraq arxivlərin açılmasını təklif etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifini hələ də rədd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti