...

ABŞ-ın azərbaycanlılara qarşı ayrı-seçkiliyi

Siyasət Materials 30 Dekabr 2014 11:39 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke Vaşinqtonda keçirilən brifinqdə yenə də Azərbaycana qarşı ənənəvi mövqe nümayiş etdirərək ölkəni tənqid edib, “Azadlıq” radiosunun Bakı ofisinin əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsindən narahatlığını ifadə edib.
ABŞ-ın azərbaycanlılara qarşı ayrı-seçkiliyi

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

ABŞ Dövlət Departamentinin sözçüsü Ceff Ratke Vaşinqtonda keçirilən brifinqdə yenə də Azərbaycana qarşı ənənəvi mövqe nümayiş etdirərək ölkəni tənqid edib, "Azadlıq" radiosunun Bakı ofisinin əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən dindirilməsindən narahatlığını ifadə edib.

Lakin cənab Ratke öz doğma ata-baba yurdlarına getdiklərinə görə ermənilərin qurduğu qanunsuz "məhkəmə"nin qərarı ilə həmyerlilərimiz Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsindən xəbərsiz olduğunu bildirib.

Birincisi, Ceff Ratkenin nəzərinə çatdırmaq lazımdır ki, "Azadlıq" radiosunun Bakı ofisinin əməkdaşları konkret faktlar üzrə dindirilməyə cəlb olunublar. Burada qeyri-qanuni heç nə yoxdur və dindirilmə də məhkəmə qərarı əsasında aparılır.

Hər dəfə Azərbaycanın hər bir addımını izah etməyə çalışmaq, buna "demokratiya" nöqteyi-nəzərindən qiymət vermək və Azərbaycana təzyiq göstərməyə çalışmaq çox əbəs cəhdlərdir. Azərbaycanın dövlət, milli maraqları tələb edir ki, lazım gələndə, şübhə doğuran yerlərdə ciddi addımlar atsın, araşdırmalar aparsın.

İkinci bir tərəfdən, hələ istintaq prosesi başa çatmamış, hansısa bir qərar qəbul olunmamış məsələ ilə bağlı Azərbaycanı tənqid etmək ölkəyə, istintaq prosesinə təzyiq göstərməkdən başqa bir şey deyil.
Cənab Ratke gərək bir az səbr edib gözləyəydi, istintaq prosesi başa çatdıqdan, müəyyən qərar verildikdən sonra ona uyğun münasibət bildirəydi. Belə bəlkə də ədalətli olardı. Amma, görünür, Ratke üçün ədalət yox, hansısa maraqlar önəmlidir.

Cənab Ratkenin doğma ata-baba yurdlarına getdiklərinə görə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılara "hökm" oxunmasından xəbərsiz olması heç də inandırıcı deyil. Ratke bu məsələdən kifayət qədər məlumatlıdır, ancaq ona görə özünü məlumatsız kimi göstərir ki, bu, onun marağında deyil. Çünki ona Azərbaycanı müdafiə etmək yox, hansısa maraqlar naminə bu ölkəyə təzyiq göstərmək lazımdır.

Bəli, artıq son dövrlərdə bəzi ABŞ rəsmilərinin Azərbaycana qarşı ədalətsiz mövqe tutması adi hal alıb. Yeri gəldi-gəlmədi başlayırlar Azərbaycanı tənqid etməyə, hansısa məsələlərdən sui-istifadə edərək təzyiq göstərməyə. Ancaq Azərbaycana qarşı baş verən ədalətsizliklərə göz yumurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti