...

Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Siyasət Materials 30 Dekabr 2014 15:10 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Macarıstanda yaşayan soydaşlarımızın iştirakı ilə bayram tədbiri keçirilib.
Macarıstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Macarıstanda yaşayan soydaşlarımızın iştirakı ilə bayram tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Vilayət Quliyev dünya azərbaycanlılarının birlik və həmrəyliyinə xidmət edən bu günün əhəmiyyətini vurğulayıb, həmvətənlərimizi Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. İl ərzində aəfirlik tərəfindən görülmüş işlər, həyata keçirilmiş layihələr, iki ölkə arasında genişlənən qarşılıqlı əlaqələr barədə danışan səfir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin noyabr ayında Macarıstana uğurlu səfərinin iki ölkə arasındakı sıx münasibətlərə böyük töhfə olduğunu diqqətə çatdırıb.

Sonra növbəti ildə səfirlik tərəfindən görülməsi planlaşdırılan işlər barədə də soydaşlarımıza ətraflı məlumat verilib.

Daha sonra tədbir bayram şənliyi və Azərbaycan milli mətbəxindən ibarət ziyafətlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti