İslamofobiya nə vaxt cinayət hesab ediləcək?

İslamofobiya nə vaxt cinayət hesab ediləcək?

Ərəb xəbərlər xidmətinin rəhbəri
Rufiz Hafizoğlu - Trend:


Son illər Avropada müşahidə olunan islamofobiya hazırda Almaniyada ən pik nöqtəsindədir. Belə ki, ötən ilin dekabr ayının sonlarında Almaniyanın Drezden şəhərində 17 mindən çox insan küçələrə çıxaraq İslam əleyhinə aksiyalara qatıldı. İslam və müsəlmanlar əleyhinə təşkil edilən bu aksiya sayca 10-cu idi və "Pegida" hərəkatı tərəfindən "Avropalı vətənpərvərlər Avropanın islamlaşmasına qarşıdır" şüarı altında keçirilirdi.

Aksiyaçılar Avropada müsəlmanların artmasından narahat olduqlarını və dövlətin miqrasiya siyasətini sərtləşdirməsi tələbi ilə çıxış etdilər. Son illər dünyada yaranan iqtisadi böhrandan ən çox əziyyət çəkən ölkələrin Aİ-yə üzv olan dövlətlər olduğu nəzərə alınsa, bəzi siyasi qüvvələrin islamofobiyadan öz maraqları naminə məharətlə istifadə etdiyini söyləmək olar. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, istər İslam dünyasında, istərsə də Qərbdə artan radikallığın kökündə əksər hallarda iqtisadi amillər dayanır. İslam dünyasından fərqli olaraq, Qərb bu amili gözəl bir şəkildə ört-basdır etməyi bacarır.

ABŞ-da islamofobiya

Ümumiyyətlə, islamofobiyadan danışarkən onun siyasi və ictimai qolunun olduğu unudulur. Bu gün ABŞ-dakı islamofobiya siyasi, Avropadakı islamofobiya isə əsasən ictimai islamofobiyadır. ABŞ-da islamofobiyanın siyasi məqsədlərlə istifadə edilməsinə gəlincə, buna bir çox sübutlar var.

2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində respublikaçılar islamofobiyadan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdılar. Belə ki, "Zogby Analiz" (JZ Analytics) hesabatına əsasən ABŞ-dakı respublikaçıların 47 faizi müsəlmanları ölkə üçün real təhlükə hesab edir. Hesabata əsasən, demokratların 23 faizi ABŞ-da İslam və müsəlmanları təhlükəli hesab edir.

Ümumilikdə isə ABŞ əhalisinin 48 faizi İslamın ABŞ üçün real təhlükə olduğu, İslamın radikal bir din olduğu, müsəlmanların potensial terrorçu olduğu dünyagörüşünə sahibdirlər. Bu isə demokratik dəyərlər və tolerantlıqla öyünən ABŞ üçün heç də yaxşı göstərici deyil.

Digər tərəfdən, 2011 və 2012-ci illərdə Konqresə müsəlmanların ibadət azadlığını əngəlləyən 78 qanun layihəsi konqresə təqdim olunub və bunlardan 73-ü respublikaçılar tərəfindən təsdiq edilib.

"Gallup" sorğu mərkəzinin 2011-ci ildə apardığı araşdırmaya əsasən, ABŞ-dakı müsəlmanların 48 faizi dini və irqi ayrı-seçkiliyin qurbanıdır.

İslam dünyasındakı münaqişə ocaqları istisna olmaqla, heç bir müsəlman ölkəsində kilsələrə zərər yetirilməyib. Lakin ABŞ-da 2009-cu ildə 13, 2010-cu ildə 53, 2011-ci ildə 22, 2012-ci ildə isə 29 məscidə müxtəlif dərəcədə zərər vurulub.

Avropada islamofobiya

Avropanın bir o qədər də uzaq olmayan keçmişinə nəzər salınsa, Avropa toplumunundin, dil, irq fərqliliyini qəbul etməkdə ciddi problemi olduğunu görmək olar. Dolayısilə, din və irq fərqliliyi Şərqdəkindən fərqli olaraq Avropada birləşdirici deyil, bölücü amil olaraq istifadə edilib.

20-ci əsrin ortalarında Avropada yəhudilərə qarşı münasibət buna bariz nümunədir. Bu gün isə Avropada hər şey daha fərqlidir, dolayısilə, bu gün topluma inteqrasiya edə bilmədiyi bəhanəsi ilə müsəlmanlara qarşı "yadlaşdırma" siyasəti tətbiq edilir. Amma nədənsə Avropa rəsmiləri Avropadakı bütün müsəlmanların immiqrant olmadığına göz yumurlar. Bu gün Avropada müsəlmanlarla bağlı problemlərin ən başlıca səbəbi din amilidir. Din amilinin qabarıq şəkildə gündəmə gətirilməsi isə müsəlmanların sosial, mədəni və hüquqi problemlərini arxa plana keçirir.

Demokratiya, insan haqları, tolerantlıq və sözdə "multikulturalizm" anlayışı ilə maskalanan Avropada din amilinin güclü olduğunu Türkiyə-Aİ münasibətləri fonunda da müşahidə etmək olar. Belə ki, IPSOS şirkətinin Fransanın aparıcı "Le Figaro" qəzeti üçün apardığı araşdırmaya görə, fransızların 56 faizi Türkiyənin sırf müsəlman ölkəsi olduğu üçün Aİ-yə üzv olmasını istəmirlər. Bu isə davamlı olaraq müsəlman dövlətlərini xristianların hüququnu pozmaqda və artan radikallıqda ittiham edən Fransa üçün yaxşı göstərici deyil.

Əldə olan bütün imkanlarla müsəlman dövlətlərini artan radikallıq və xristianların hüquqlarını qorumamaqda ittiham edən Avropada 2012-ci ildən 2014-cü ilin mart ayına qədər 78 məscidə "Molotov kokteyli" atılaraq müxtəlif dərəcədə zərər vurulub. Sadəcə İsveçdə 2014-cü ildə məscidlərə qarşı 12 vandallıq aktı qeydə alınıb.

İslamofobiya - cinayət yoxsa, fikir azadlığı?

Təəssüf ki, bu gün "demokratiya" və "fikir azadlığı" ilə süslənmiş bir çox Avropa ölkələrində və ABŞ-da islamofobiya gündən-günə artır.

Bu isə öz növbəsində, heç şübhəsiz ki, ifadə və fikir azadlığı ilə izah edilir. Təəssüf ki, artan islamofobiyaya demokratiya libası biçmək istəyənlərin göz yumduğu bir məqam var. Bu da hər hansı şəxsin hüququnun digər şəxsin hüququ başladığı anda bitməsidir. Dolayısilə, İslam dünyasının, müsəlmanların və ya hər hansı bir dinin müqəddəs hesab etdiyi meyarlar əsla "söz və ifadə azadlığı"na qurban edilməməlidir.

Bir çox müsəlman dövlətlərinin liderləri islamofobiyanın cinayət hesab edilməsi ilə bağlı çıxış etsələr də, Qərb bu günə qədər islamofobiyanın qarşısını almaq üçün ciddi bir addım atmayıb.

İslamofobiya hər nə qədər fikir və düşüncə azadlığı kimi qələmə verilsə də, heç şübhəsiz ki, radikallığın artmasına xidmət edən başlıca amildir.

Qərbdə islamofobiyanın antisemitizm kimi cinayət hesab ediləcəyi inandırıcı deyil. Məhz buna görə də islamofobiyanın ilk növbədə müsəlman dövlətlərində cinayət hesab edilməsi bir çox problemlərin qarşısını ala bilər. İslamofobiyanın cinayət hesab edilməsi müsəlman dövlətlərində İslam dəyərlərinin "Qərb dəyərləri", "söz və fikir azadlığı" adı altında təhqir olunması ilə arta biləcək radikallığın qarşısında sipər ola bilər.

Təəssüf ki, Qərb İslam aləmini terrorun ixracatçısı kimi qələmə verərkən nədənsə müsəlmanlara qarşı soyqırım siyasəti yürüdən dövlətlərə göz yumur. Bu dövlətlərdən biri də heç şübhəsiz ki, özünü müsəlman dövlətlərinə qarşı "xristian qalxanı" adlandıran Ermənistandır.

STAR neft emalı zavodu xam neft idxalını artırıb
STAR neft emalı zavodu xam neft idxalını artırıb
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb (FOTO)
Deputatların vaksinasiyasının birinci mərhələsi başa çatıb
Sidneydə Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən avtomobil hərəkət edib (FOTO)
"Xocalı soyqırımı xaricilərin gözü ilə" mövzusunda müzakirələr aparılıb
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib
Tokio sakinlərinə üzərində “Xocalıya ədalət!” yazılmış tibbi maskalar paylanılıb (FOTO)
Qayıdış proqramı ilə bağlı keçirilən sorğuda artıq minlərlə şəxs iştirak edib
Könül Nurullayeva Xorvatiya mətbuatında Qarabağdakı işğalın dərin izlərindən yazdı
Paşinyanın tərəfdarları meydana gəlməyə başlayıb
Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransının tam versiyası president.az saytında (VİDEO)
Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq (FOTO)
Unibank daha 3 mükafat qazanıb
Gömrük Akademiyasında “İlk tibbi yardım” mövzusunda təlim keçirilib (FOTO)
"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır
Novruz bayramı ərəfəsində «PAŞA Həyat» hədiyyəli bahar kampaniyasına start verib
Sarkozi 3 il müddətinə həbs olundu
Ermənistan prezidenti Paşinyanla görüşüb
Azərbaycanda 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Pakistanın Sərhəd İşləri Təşkilatının baş direktoru ilə görüşüb
Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev
AQTİ-dən qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ
Göyçayda 3 094 nəfər koronavirusa qarşı vaksin olunub
AQTA 21 müəssisədə qayda pozuntusu aşkarladı
İranda Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul olunub (FOTO)
Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb
Heyvanların identifikasiyası aparılır
Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb
"Instagram" Azərbaycanda ən populyar sosial şəbəkə olub
Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib (FOTO)
Azad olunmuş ərazilərdə arıçılığı sürətlə inkişaf etdirəcəyik - Assosiasiya sədri
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Zərdabda qadının boğularaq qətlə yetirilməsi ilə bağlı cinayət işi başlandı
KOBİA 2020-ci ilin yekunlarına dair brifinq keçirib (FOTO)
Finlandiyada fövqəladə vəziyyət elan olundu
Cinayət qanunvericiliyində 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib - Fikrət Məmmədov
Dilçilik İnstitutu “Qaynar xətt”lə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yeni qanunların tətbiqi ilə əlaqədar 2000-dən çox məhkum cəzadan azad edilib - Nazir
Prezident regional və beynəlxalq tərəfdaşlarımıza, eləcə də Ermənistana mühüm ismarıclar verdi - Deputat
Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi
AFFA 4 klubu cərimələdi
16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib
“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər
Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb (FOTO)
ADU-da “Arzuları həyata keçirən möcüzəvi Çin fənərləri” bayramı qeyd olunub
"Barselona"nın keçmiş prezidenti saxlanıldı
Kanadada ingilis dilində Xocalı soyqırımı haqqında videomaterial təqdim olunub (FOTO)
Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib (VİDEO)
“Bazarstore”da pozuntular aşkarlanıb
Unibank daha çevik idaretmə modelinə keçib
Bakı-Quba yolunda ağır qəza - Ölən var (FOTO)
Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur - Deputat
QHT-lərə Dövlət dəstəyi Şurasında yoxlamalar yekunlaşıb
İranda koronavirusdan gündəlik ölüm sayı artıb
Yelo Bankdan biznes sahiblərinə Novruz kampaniyası
Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı
Sumqayıt Texnologiyalar Parkı kadr hazırlığı məqsədilə növbəti “STP Təcrübə Proqramı - 2021”layihəsinə başlayır!
Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim
STAR neft emalı zavodu xam neft idxalını artırıb
Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur - Səttar Möhbalıyev
Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası (FOTO)
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı və azad olunan ərazilər barədə reportaj hazırlayıb (FOTO)
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Yaz ağac əkininə Zəngilandan start verilir
Soyqırım günahkarları mühakimə edilənə qədər xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı
Paşinyan geri addım atdı - "İskəndər"lə bağlı səhv məlumatlandırılmışam
İlahiyyat İnstitutunun tələbələri “İntihar problemi və onunla mübarizə yolları” mövzusunda vebinarda iştirak ediblər (FOTO)
Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi idi - Deputat
Yerevanda bir qrup etirazçı hökumət binasına daxil oldu (VİDEO)
SWAP layihəsi çərçivəsində birinci kəşfiyyat quyusunun qazılması üçün bütün icazələr alınıb - BP
Azərbaycan region ölkələrinə sülh mesajını verdi - Səfir
Respublika Veteranlar Təşkilatında bir qrup müharibə iştirakçısı ilə görüş keçirilib (FOTO)
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib (FOTO)
İran səfirliyi KİV-də yayılan məlumatı təkzib edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” tanker-muzeyinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Sabah rayonlara qar yağacaq
“AccessBank” tender elan edir
Ermənistan prezidenti və baş qərargah rəisi Paşinyanın iclasına qatılmadı
Gürcü tarixçi: Allah işğalçı erməniləri cəzalandırdı - Trend TV
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
Qarabağdakı işğalın izləri silinir - "Yeni Şafak"
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb
Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi - Deputat
Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib - Mütəxəssis
KOBİA sahibkarlıq subyektlərinin maliyyə bazarına çıxışını genişləndirib
Azərbaycan İran üçün çox önəmli ölkədir - Nazir müavini
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir - Deputat
Sabunçuda silahlı narkotik alverçisi yaxalanıb (FOTO/VİDEO)
Yaxın günlərdə Yevlaxda KOB Evinin açılması planlaşdırılır
Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN (FOTO)
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən daha 4 nəfər saxlanılıb
İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb
Ağdaşda qardaşını öldürən qadının məhkəməsi başlayır
Ötən il KOBİA-nın təşəbbüsü ilə iki normativ-hüquqi akt təsdiq edilib
Baş infeksionist əhaliyə müraciət edib
AZƏRTAC-ın 101 yaşı tamam olur
Bütün xəbərlər