...

Səxavət Əlisoy: Arif Hacılı heç vaxt AXCP ilə münasibət qura bilməz

Siyasət Materials 8 Yanvar 2015 15:31 (UTC +04:00)
Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə əməkdaşlığının hər zaman ziddinə olmuş Arif Hacılı heç vaxt AXCP ilə hər hansı bir şəkildə münasibət qura bilməz.
Səxavət Əlisoy: Arif Hacılı heç vaxt AXCP ilə münasibət qura bilməz

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Müsavat Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə əməkdaşlığının hər zaman ziddinə olmuş Arif Hacılı heç vaxt AXCP ilə hər hansı bir şəkildə münasibət qura bilməz. Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Müsavat Partiyasının bəzi siyasi partiyalara, o cümlədən AXCP-yə əməkdaşlıq təklifləri verəcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

S.Əlisoy qeyd edib ki, bu gün Müsavat Partiyasının təkcə AXCP ilə yox, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti ilə münasibətləri yoxdur: "Son qurultaydan sonra Müsavat Partiyasının özünün bölünmə təhlükəsi, özü də bir neçə yerə bölünmə təhlükəsi ortada ola-ola, içəridə böyük bir bölünmə qazanı qaynaya-qaynaya Müsavat Partiyası əməkdaşlıq məsələsində qeyri-ciddi görünür və Arif Hacılının özünün populist siyasətinə görə də ciddi siyasi partiyalar onunla əməkdaşlığa getməyəcək".

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edir. Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti