...

Azərbaycanlı hərbçilər Qızıl Meydandakı paradda iştirak edə bilərlər

Siyasət Materials 16 Yanvar 2015 11:02 (UTC +04:00)
Azərbaycanlı hərbçilər Moskvada 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində qazanılan qələbənin 70 illiyinə həsr edilmiş Qızıl Meydanda keçiriləcək paradda iştirak edə bilərlər.
Azərbaycanlı hərbçilər Qızıl Meydandakı paradda iştirak edə bilərlər

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanlı hərbçilər Moskvada 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsində qazanılan qələbənin 70 illiyinə həsr edilmiş Qızıl Meydanda keçiriləcək paradda iştirak edə bilərlər. Bu barədə Trend "Nezavisimaya qazeta"ya istinadən xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Şəxsi heyətlə iş üzrə Baş İdarəsinin rəisi general-mayor Mixail Smıslovun sözlərinə görə, paradda 15 xarici ölkənin ordu hissələri iştirak edəcəklər. Tədbirdə Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Moldovadan olan hərbçilərin iştirakı nəzərdə tutulub.

Qələbənin 70 illiyi şərəfinə təntənələr bu il keçiriləcək.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bu təntənələri Vladimir Putinin xarici siyasət təqvimində birinci və əsas bənd adlandırıb: "Bu, çox böyük tədbir olacaq, ümid edirəm ki, çoxlu sayda əcnəbi iştirakçı olacaq. Təntənələr zamanı şübhəsiz ki, mühüm ikitərəfli görüşlər keçiriləcək".

Vladimir Putin bundan əvvəl bildirmişdi ki, MDB ölkələrinin liderlərini Qələbə Paradına dəvət edib: "Bizim ümumi borcumuz bu əlamətdar yubileyi birlikdə layiqincə qeyd etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti