...

Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü bu ay baş tutacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 Yanvar 2015 15:17 (UTC +04:00)
Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü yanvarın 29-da Türkmənistanda baş tutacaq.
Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü bu ay baş tutacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin görüşü yanvarın 29-da Türkmənistanda baş tutacaq. Bu barədə Trend Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istənadən məlumat verir.

Məlumata əsasən, Türkiyə XİN rəhbəri yanvarın 28-də Türkmənistana səfər edəcək, yanvarın 29-da isə üçtərəfli görüş keçiriləcək.

Məlumatda o da qeyd olunur ki, tərəflər başda enerji məsələləri olmaqla, regional məsələləri və tərəflər arasında əlaqələrin inkişafını müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti