...

Fransa Ermənistan və Türkiyəni münasibətlərində yeni səhifə açmağa çağırır

Siyasət Materials 29 Yanvar 2015 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Fransa Prezidenti Fransua Olland Ermənistan və Türkiyəni ikitərəfli münasibətlərində yeni səhifə açmağa çağırıb. Bu barədə Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, tərəflər arasında münasibətlərin yenilənməsi üçün stereotiplər məhv edilməli və 1915-ci ilin hadisələrinin həqiqiliyinin müəyyən olunması üçün səy göstərilməlidir.

Olland aprelin 24-də Çanaqqala döyüşündə qələbənin ildönümündəki təntənələrdə iştirak etməyəcəyini və Ermənistana səfər edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti