...

Siyavuş Novruzov: Azərbaycandakı inkişaf idrakı sönük partiya sədrlərini narahat edir

Siyasət Materials 2 Fevral 2015 13:27 (UTC +04:00)
“Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif primitiv formada şərh verirlər”.
Siyavuş Novruzov: Azərbaycandakı inkişaf idrakı sönük partiya sədrlərini narahat edir

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycanda olan inkişaf idrakı sönük partiya sədrlərini narahat etməyə başlayıb. Müxtəlif primitiv formada şərh verirlər". Trend-in məlumatına görə, bu barədə millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O, qeyd edib ki, Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir: "Bunu Dünya Bankı da yüksək qiymətləndirib. Ölkədə pensiyalar artırılır, yeni iş yerləri açılır. Azərbaycan neftdən gələn gəlirləri ən uğurlu istifadə edən ölkədir. Bunu Dünya Bankı yüksək qiymətləndirib".

S.Novruzov qeyd edib ki, məktəblərin, xəstəxanaların tikilməsinə, elektrik sisteminin yenidən təşkil edilməsinə, istehsal və emal müəssisələrinə xeyli vəsait qoyulub: "Lakin bəzi qüvvələr bu məsələlərə qara yaxırlar. İlk Avropa Oyunları yaxınlaşdıqca böhtanların sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi Azərbaycan öz haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti