...

Azərbaycanlı deputat ATƏT-in komitə iclasına sədrlik edəcək

Siyasət Materials 10 Fevral 2015 18:13 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında sədr müavini olduğu Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasını aparacaq.
Azərbaycanlı deputat ATƏT-in komitə iclasına sədrlik edəcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında sədr müavini olduğu Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasını aparacaq. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ATƏT PA-nın qış sessiyasında da Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib ki, həmişə olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək.

B.Muradova vurğulayıb ki, qış sessiyasında yay sessiyasına hazırlıq üzrə aralıq məruzələr dinləniləcək. Onun sözlərinə görə, həmin məruzələrdə ATƏT-in fəaliyyət sahəsinə aid olan münaqişələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət öz əksini tapır: "Təbii ki, həlli uzadılmış münaqişələr və Ukraynadakı hadisələrin müzakirəsi çərçivəsində də Dağlıq Qarabağ məsələsi gündəlikdə olacaq".

Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 18-20-də Vyanada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti