Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir Anaxanım Hidayətova/
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Onun sözlərinə görə, səfər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti üzrə fevralın 16-da baş tutacaq.
Səfər zamanı nazirin yüksək səviyyədə keçirəcəyi görüşlərdə tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.