...

Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars regiona sülh və sabitlik də gətirəcək

Siyasət Materials 19 Fevral 2015 15:01 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu regionun iqtisadi inkişafına təkan verəcək.
Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars regiona sülh və sabitlik də gətirəcək

Gürcüstan, Tbilisi, 19 fevral /Trend, müxbir Nana Kirsxaliya/

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu regionun iqtisadi inkişafına təkan verəcək. Trend-in məlumatına görə, bunu Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ənənəvi enerji layhələrindən başqa, əməkdaşlığın digər formatı da mövcuddur ki, bunlar arasında BTQ dəmiryolunun tikintisi də var.

E.Məmmədyarov qeyd edib ki, bu geostrateji miqyaslı layihənin köməyi ilə dəmiryol vasitəsilə Qərblə Şərq birləşəcək: "Biz inanırıq ki, Mərkəzi Asiya ölkələri və Əfqanıstan bu layihə ilə maraqlanacaqlar. Bu layihə iqtisadi səmərədən əlavə, regiona sülh və sabitlik gətirəcək".

Nazir əlavə edib ki, Azərbaycan qazı 2018-2019-cu illərdə Gürcüstan ərazisi ilə Avropaya çatacaq: "Bu baxımdan Gürcüstan və Azərbaycan beynəlxalq arenada olduğu kimi sıx əməkdaşlıq edir və beynəlxalq təşkilatlarda öz mövqelərini möhkəmləndirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti