...

İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

Siyasət Materials 20 Fevral 2015 16:32 (UTC +04:00)
Prezident İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Prezident İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Prokopis Pavlopulosa təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti