...

Azərbaycan hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığı genişləndirir (FOTO)

Siyasət Materials 2 Mart 2015 17:59 (UTC +04:00)
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir.
Azərbaycan hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığı genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/

Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 2-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə nazirliyin mütəxəssisləri arasında növbəti işçi görüşü başlayıb.

Tədbirdə NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin nümayəndələri, Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev başda olmaqla nazirliyin müxtəlif idarələrinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin zabitləri iştirak edirlər.

Görüşdə hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığın perspektivlərinin müzakirə olunması planlaşdırılır. NATO nümayəndə heyətinin üzvləri Hərbi Akademiyanın dinləyiciləri qarşısında mühazirələrlə çıxış edəcəklər.

İşçi görüşü martın 4-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti