Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə parlament seçkilərindən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti dəyişməz qalacaq. Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın seçkiqabağı bəyanatında bildirilir.
Bəyanatda qeyd edilir ki, Cənubi Qafqaz regionu Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.
Sənəddə o da bildirilir ki, AKP İslamofobiya ilə aktiv mübarizə aparmaq niyyətindədir.
Bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 31 siyasi partiyanın nümayəndələri iştirak edəcəklər.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.