...

Oqtay Əsədov: Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib

Siyasət Materials 17 Mart 2015 12:20 (UTC +04:00)
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib.
Oqtay Əsədov: Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Elçin Mehdiyev/

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən iclasda deyib.

Spikerin sözlərinə görə, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına interqasiyası davam etdirilib: "2014-cü ildə ÜDM-in istehsalında 2,8 faizlik artım əldə edilib. Dünya iqtisadiyyatı üçün o qədər əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər. Ölkənin qeyri-neft sektorunda inkişaf 7 faiz təşkil edib. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilib".

O.Əsədovun sözlərinə görə, vacib məsələlərdən biri də odur ki, Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalıb: "Ötən sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşüb. Valyuta ehtiyatları 50 milyard dollardan çox olub ki, bu da ölkənin 3 illik idxalına bərabərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti