...

İlham Əliyev Tunis Prezidentini təbrik edib

Siyasət Materials 19 Mart 2015 19:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Tunis Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına sülh və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti