...

Türkiyənin hakim partiyasının Novruz reklamı qadağan edilib

Siyasət Materials 23 Mart 2015 11:47 (UTC +04:00)
Türkiyənin hakim partiyasının Novruz reklamı qadağan edilib
Türkiyənin hakim partiyasının Novruz reklamı qadağan edilib

Azərbaycan, Bakı, 23 mart /Trend/

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Novruz bayramı ilə bağlı reklam çarxı ölkənin Mərkəzi Seçki Komitəsi tərəfindən qadağan edilib. Bu barədə Trend Türkiyənin Haber 7 telekanalına istinadən məlumat verir.

Məlumata əsasən reklamın qadağan olunmasının başlıca səbəbi reklam çarxında dini rəmzlərin və ölkə bayrağının reklam vasitəsi kimi istifadə edilməsidir.

Məlumatda o da qeyd olunur ki, reklam çarxından ölkə bayrağı və dini rəmzlər çıxarılacağı təqdirdə, çarxa olan qadağa aradan qaldırıla bilər.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl də Türkiyənin hakim partiyasının keçən il mart ayında keçirilən bələdiyyə seçkiləri zamanı da reklam çarxı qadağan edilmişdi. Qadağaya səbəb azan və türk bayrağının reklam vasitəsi kimi istifadə edilməsi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti