Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
"Dünya ictimaiyyəti terrorçuluqla qlobal mübarizəyə hazır olmalıdır". Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş Tunisə səfəri zamanı deyib.
O bildirib ki, Türkiyənin bu məsələdə dəqiq mövqeyi var - dünyanın bütün ölkələri terrorçuluqla mübarizədə səylərini birləşdirməlidirlər: "Terror aktları arxasında kütləvi qarşıdurmalarda maraqlı olan qüvvələr dayanır".
N.Kurtulmuş qeyd edib ki, "ərəb baharı"ndan sonra ərəb dünyasının bir sıra ölkələrində terror təhlükəsi xeyli artıb: "Bu, digər ölkələr, o cümlədən Türkiyə üçün təhlükə törədir".