...

Elmar Məmmədyarov Qazaxıstan səfirinə uğurlar arzuladı

Siyasət Materials 3 Aprel 2015 18:32 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Elmar Məmmədyarov Qazaxıstan səfirinə uğurlar arzuladı

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrin inkişafında irəliləyişlər xüsusilə qeyd olunub.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov A.Jumabayevə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti