...

Azay Quliyev: Slovakiyanın keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işinin açılması düzgün qərardır

Siyasət Materials 14 Aprel 2015 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Parlamentinin deputatı Baş Prokurorluq tərəfindən Slovakiyanın keçmiş spikeri Frantişek Mikloşko barəsində cinayət işinin açılmasını düzgün qərar hesab edir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı bildirib ki, Slovakiyanın keçmiş spikeri F.Mikloşko dəfələrlə Azərbaycanın dövlət sərhədini qanunsuz yolla keçərək işğal olunmuş ərazilərə səfərlər etdiyinə, qondarma Dağlıq Qarabağ rejimini beynəlxalq səviyyədə təbliğ etməklə respublikamızın ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlara və ölkəmizin suverenliyini şübhə altına alan qərəzli hərəkətlərə yol verdiyinə görə Baş Prokurorluq tərəfindən onun barəsində cinayət işi açılıb.

Deputat deyib ki, bu qanunsuz hərəkətlərinə görə çox haqlı olaraq Nəsimi rayon məhkəməsi tərəfindən F.Mikloşko haqqında həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub. Onun axtarışı və tutularaq istintaq orqanlarına təhvil verilməsi İnterpolun Milli Mərkəzi Bürosuna həvalə edilib: "Azərbaycanın hüquq-mühafizə orqanlarının bu qərarı alqışlanmalı və təqdir olunmalıdır. Ümid edirəm ki, Baş Prokurorluğun bu qərarı gələcəkdə belə qanunsuz hərəkətlərə yol verənlərə yaxşı bir dərs olacaq və onları bu yoldan çəkindirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti