...

Mazandaran əyaləti Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdırır

Siyasət Materials 15 Aprel 2015 07:32 (UTC +04:00)
Mazandaran əyaləti qonşu ölkələrlə əməkdaşlıqda çox geridə qalıb və cari il üçün qonşu ölkələrlə xüsusi ilə Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdır.
Mazandaran əyaləti Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdırır

İran, Mazandaran, 15 aprel /Trend, müxbir Təmkin Cəfərov/

Mazandaran əyaləti qonşu ölkələrlə əməkdaşlıqda çox geridə qalıb və cari il üçün qonşu ölkələrlə xüsusi ilə Azərbaycanla bir çox sahələrdə əməkdaşlıq müqavilələri imzalamağı planlaşdır. Bunu Azərbaycandan olan bir qrup jurnalistlərə açıqlamasında Mazandaran əyalətinin başçısı Rəfi Fəllah Cilodar deyib.

Azərbaycanın sürətli inkişafını qeyd edən əyalət başçısı əlaqələrin inkişafında maraqlı olduğunu deyib: "Biz ikitərəfli münasibətləri inkişaf etdirmək üçün turizm, kənd təsərrüfatı, meyvəçilik, balıqçılıq, tikinti, kənd təsərrüfatı texnikası, quşçuluq, sənaye məhsulları sahələrində müqavilə imzalamağa hazırıq"

"Əminəm ki, yaxın gələcəkdə yuxarıda sadaladığım sahələr üzrə Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün konkret nəticələrə nail ola biləcəyik. Bundan əlavə, biz qarşılıqlı biznes forumları, sərgiləri və mədəniyyət əlaqələrin inkişafı üçün tədbir keçirilməsini planlaşdırırıq. Biz bu kimi tədbirlərlə əlaqələrimizin inkişafına nail olmaq istəyirik", - R.F.Cilodar qeyd edib.

R.F.Cilodar onu da bildirib ki, bu məqsədlə o, Azərbaycanın İrandakı səfiri ilə görüşüb. Cilodar əlaqələrin inkişafı ilə bağlı bütün məsələləri müzakirə etmək niyyətindədir: "İlin sonuna kimi, ümid edirəm, biz buna nail ola biləcəyik".

O qeyd edib ki, Azərbaycan və İran qədim ortaq tarixi və mədəni köklərə malikdir. Bu baxımdan iki qonşu dost və qardaş ölkələrin əlaqələri yüksək olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti