...

Qabil Hüseynli: Con Kerrinin antiazərbaycan şəbəkəsi formalaşdırması onun qüsurlu adam olmasına dəlalət edir

Siyasət Materials 28 Aprel 2015 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"ABŞ Dövlət Katibi Con Kerri öz dövlətinin mənafeyinin ziddinə gedərək ermənilərin maraqlarına xidmət edirsə və anti-Azərbaycan şəbəkəsi formalaşdırırsa, bu, onun çox qüsurlu adam olmasına dəlalət edir". Bu barədə Trend-ə politoloq Qabil Hüseyinli Con Kerrinin antiazərbaycan kampaniyasına rəhbərlik etməsi barədə məlumata münasibət bildirərkən deyib.

Q.Hüseynli bildirib ki, C.Kerri ermənipərəstdir, amma onun üçün ABŞ-ın mənafeyi hər şeydən üstün olmalıdır: "ABŞ-ın mənafeyi isə Cənubi Qafqazda ən inkişaf etmiş ölkə olan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsini tələb edir, çünki dünyanın əsas enerji mənbələrindən, enerji dəhlizlərindən biri Azərbaycandır. Bu enerji mənbəyi, enerji dəhlizi funksiyasını həyata keçirən Azərbaycanla münasibətlərin inkişafı ABŞ, Qərb üçün çox böyük əhəmiyyətə malikdir".

Politoloqun sözlərinə görə, ABŞ-ın bir çox tanınmış mətbuat orqanlarında dəfələrlə Azərbaycanın strateji əhəmiyyəti haqqında məqalələr dərc edilib. O bildirib ki, bu məqalələrdə ABŞ Prezident Administrasiyasına Azərbaycanla strateji əməkdaşlıq tellərini daha da inkişaf etdirmək tövsiyə edilib: "Belə olan halda Con Kerri anti-Azərbaycan kampaniyasında iştirak edirsə, bu, dövlət katibi kimi yüksək vəzifə tutan adama yaraşmır".

Bu kampaniyanın xüsusilə İlk Avropa Oyunları ərəfəsində genişlənməsinə münasibət bildirən Q.Hüseynli deyib ki, bunun heç bir faydası olmayacaq: "Onlar sevinsinlər ki, Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edir. Hansı ölkə Oyunları bu səviyyədə keçirəcəkdi? Azərbaycanda müasir olimpiya kompleksləri tikilib, Olimpiya növünə aid bir çox yarışların keçirilməsi üçün ideal səviyyədə idman bazaları təmir edilib. İlk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Azərbaycanda İlk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirlər həyata keçirilir. Əgər kimsə bunu qiymətləndirə bilmirsə, ya siyasi cəhətdən kordur və yaxud da Avropaya qarşı təxribat hərəkətləri törətmək istəyir. Amma bunların hamısı əbəsdir. Avropa ölkələri İlk Avropa Oyunlarında iştirak edəcəkləri, yüksək səviyyəli idman komandaları göndərəcəklərini bildiriblər. Mən İlk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən şübhə etmirəm. Əgər Kerri anti-Azərbaycan kampaniyasında iştirak edirsə, bu dövlət katibi kimi yüksək vəzifə tutan adama başucalığı gətirmir. İlk Avropa Oyunlarını siyasiləşdirməklə onlar heç nə qazanmayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti