...

Milli Məclisdə iş adamlarının tutulması məsələsi müzakirə edilib

Siyasət Materials 15 May 2015 13:05 (UTC +04:00)
Hesab edirəm ki, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olacaq.
Milli Məclisdə iş adamlarının tutulması məsələsi müzakirə edilib

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

"Hesab edirəm ki, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olacaq. Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil". Trend-in məlumatına görə, bu barədə millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir: "Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər".

Z.Oruc qeyd edib ki, ölkə başçısı ötən gün bir daha qeyd etdi ki, Azərbaycanda biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, biznesmenlər qanun qarşısında öhdəliklər yerinə yetirsinlər.

Z. Orucun çıxışına münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ajiotaj yaradanlar bilinir kimlərdir: "Onlar Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti