...

Mozambik Azərbaycanın neft sahəsində təcrübəsindən bəhrələnmək arzusundadır (FOTO)

Siyasət Materials 15 May 2015 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Cari ilin 15 may tarixində Azərbaycan Respublikasının Mozambik Respublikasındakı səfiri Elxan Poluxov bu ölkəyə rəsmi səfərinin ikinci günündə Mozambikin təbii sərvət və enerji naziri Pedro Konseiçao Kouto (Pedro Conceiçao Couto) ilə görüş keçirmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı E.Poluxov 2014-cü ildə xarici işlər naziri Elmar Məmmədyarovun Maputoya rəsmi səfəri zamanı Koutodan öncə olan nazir ilə görüşü xatırladaraq müzakirə olunan bir sıra məsələlərə toxunmuşdur. Bildirilmişdir ki, Azərbaycan tərəfi Mozambik ilə enerji sahəsində əlaqələrin qurulması üçün hər zaman açıqdır və bunun üçün qarşılıqlı səfərlərin təşkil edilməsi zəruridir. Həmçinin ölkəmizin, yerləşdiyi regionda lider dövlət olduğundan müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğu həmsöhbətin nəzərinə çatdırlmışdır. Sonra səfir nazir Koutoya Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkəmizin ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişdir.

Cavab olaraq Kouto Azərbaycanın beynəlxalq aləmdə neft ölkəsi kimi tanındığı və bu sahədə geniş təcrübəyə malik olduğunun tanınmış fakt olduğunu söyləyərək rəhbərlik etdiyi nazirliyin bu təcrübədən bəhrələnmək arzusunda olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, Mozambikdə son illər ərzində böyük təbii qaz yataqları açılıb və onların istismarı üçün ölkəyə təcrübəli mütəxəssislər tələb olunur və Azərbaycanın bu məsələdə köməkliyi çox dəyərli olardı.

Sonra tərəflər bir sıra praktiki məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Eyni tarixdə səfir E.Poluxov Mozambikin nəqliyyat və əlaqələndirmə nazirinin müavini xanım Manuela Joaquim Rebelo (Manuela Joaquim Rebelo) ilə görüş keçirmişdir. Görüş zamanı nazir müavininə Azərbaycanda son on il ərzində həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli nəqliyyat və infrastruktur layihələr barəsində məlumat verilmiş və ölkəmizin Qərb ilə Şərq dünyasını birləşdirən loqistik mərkəzə çevrildiyi bildirilmişdir.

Cavab olaraq xanım Rebelo Mozambikin Afrikanın Alt Səhra bölgəsinə aparan əsas nəqliyyat mərkəzi olduğunu, ölkədə bir neçə dərin limanların və oradan kontinentin mərkəzinə aparan dəmir və avtomobil yollarının mövcudluğunu söyləmişdir. Bununla yanaşı nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün böyük tələbatın olduğunu bildirərək Azərbaycan tərəfini töhfə verməyə çağırmışdır.

Səfər çərçivəsində Səfir E.Poluxov həmçinin Mozambik Respublikasının Xarici İşlər və Əməkdaşlıq Nazirliyində və Dövlət Neft və Qaz şirkəti ENH-də bir sıra işgüzar görüşlər keçirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti